sinmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sinmək
f.
1. Gözə daha az çarpmaq üçün aşağı oturmaq, əyilmək, gizlənmək, çuxura yatmaq; qorxub büzülmək. Kərbəlayı Tapdıq bəllədiyi tağların dibinə sindi. Mir Cəlal. Tank Aslanın yerə sindiyi çökək üzərinə sıçradı. Ə.Məmmədxanlı. Bu quşlar çox vaxt tək-tək, bəzən cüt-cüt gəzər və bir təhlükə hiss etdikdə sinib gizlənər. M.Rzaquluzadə.
2. Çökmək. Yeni gülümsəməkdə olan baharın həyatverici munis günəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir axşam qaranlığı sinməkdə idi. İ.Hüseynov.
3. Tutub əyilmək. Kərəm yəhərin qaşına sinmişdi. M.Hüseyn. Baxış bəy hirslə ata biriki şallaq vurub, onun yalına sindi. Ə.Abasov.
4. məc. Cəsarəti qırılaraq səsini kəsmək, qorxmaq, çəkinmək. Xudayar bəy bir az sinib çəkildi kənara. C.Məmmədquluzadə.
5. Tərkiblərdə: ürəyinə (canına və s.) sinmək – ürəyinə yatmaq, xoşuna gəlmək, ürəyincə olmaq. [Heybət Salmana:] Kökəlməyin də şərti var. Əgər istəyirsən yediyin canına sinsin, gərək mayana haram qatmayasan. M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sinmək
I. çəkmək, oturmaq
{çekmek, oturmak}
II. qısılmaq, sıxılmaq, sığınmaq
{kasılmak, sıkılmak, sığınmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sinmək
sinmek