turklehceleri.org

sifət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sifət

I. is. [ər.]
1. Üz. ..Hər kəs [Xudayar bəyin] sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. C.Məmmədquluzadə. [Gülçöhrə:] Asya demişkən arşınmalçının sifəti yaxşı idi. Ü.Hacıbəyov.
2. Bir şəxsi və ya şeyi başqalarından fərqləndirən hal, surət, keyfiyyət. Mərdlik insana yaraşan ən gözəl sifətlərdən biridir. ‣ Sifət göstərmək – bax. üz göstərmək (“üz”də). Sifəti tutulmaq – qanı qaralmaq, üzü tutulmaq. Nazxanımın sifəti tutuldu. İ.Əfəndiyev. Sifətin tökülsün! – qarğış ifadəsi. Sifətini turşutmaq – bax. sir-sifətini turşutmaq. Kosa [Meşinovun] döşündən itələyərək bürüşmüş sifətini turşutdu. S.Rəhimov.

II. is. [ər.] qram. Əşyanın əlamət və ya keyfiyyətini bildirən nitq hissəsi. Sadə sifət. Mürəkkəb sifət. Sifətin müqayisə dərəcəsi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sifət

üz, bəniz, çöhrə
{yüz, beniz, çehre}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sifət

bet, sıfat, surat


Last searches: