selləmə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
selləmə
1. is. Böyük əkin sahələrinə sel kimi axıdılan su. Xanpərinin sahəsi selləmə sulandığı üçün isti günlərdə dərhal quraqsıyırdı. Ə.Vəliyev.
2. sif. Güclü yağış, şiddətli yağmur, leysan yağış. [Sevdim kişi:] Havalar düzəlir, ay uşaq, Allah eləyəydi, bir selləmə (z.) yağaydı. Ə.Vəliyev. Qoşqar qış aylarında adamın qurşağına çıxan qalın qarı, yazda tez şaqqıldayan səmanı, selləmə yağışları .. lap körpəlikdən sevirdi. İ.Hüseynov. // İs. mənasında. Birdən selləmə başladı, iri yağış damcıları evlərin pəncərələrinə, küçələrin səkilərinə çırpıb, bütün şəhərə qəribə bir uğultu saldı. H.Seyidbəyli.