turklehceleri.org

sağalmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sağalmaq

f. Xəstəlikdən qurtarıb ayağa durmaq, yaxşılaşmaq, şəfa tapmaq, sağlamlığını qaytarmaq. O gündən ziyarət başlandı. Naxoş gəldi, sağaldı, getdi. Çolaq gəldi, ayaqlı getdi. Ə.Haqverdiyev. [Ana qızına:] Ağlama, gözünə qurban, nə var ki səndə, sağalacaqsan, ağlama, axı evdə qonağımız var. Ə.Məmmədxanlı. // Keçib-getmək, bitişmək, əvvəlki halını almaq. Çibanı sağalmaq. Yarası sağalmaq. – Cavadın yarası ağır olmadığından sürətlə sağalmağa başladı. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sağalmaq

I. yaxşılaşmaq
{iyileşmek}

II. bitişmək, örtülmək, bağlanmaq
{canlanmak, kapanmak, kavuşmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sağalmaq

iyileşmek


Last searches: