turklehceleri.org

sağ-

Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)

sağ

[Köken: Yerel] (taraf) On, Onyak, Sağ

[Köken: Yerel] (diri) Diri, Sağ

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

sağ

I 1. и. уң як; sağa уңга; sağıтda уң ягымда. 2. с. уң; sağ yan a) маг тигезләмәнең уң ягы б) хәрби. уң фланг ◊ sağ gözünü sol gözünden kıskanmak уң күзен сул күзеннән көнләү (бик көнчел кеше тур.)


sağс. 1) исән-сау; сау-сәламәт; 2) саф □ sağ ol(sun)! рәхмәт, исән бул!

Pure Turkish to Turkish (Kuleli)

sağ

1. Dinç, Diri, Sağlıklı, Zinde

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

sağ

Türkiye Türkçesi: sağ
Azerbaycan Türkçesi: sağ
Başkurt Türkçesi: uŋ(yak)
Kazak Türkçesi: oŋ
Kırgız Türkçesi: oŋ (cak)
Özbek Türkçesi: ong
Tatar Türkçesi: uŋ (yak)
Türkmen Türkçesi: sağ (tarap)
Uygur Türkçesi: oŋ
Rusça: pravaya (storona)

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

sağ

Türkiye Türkçesi: sağ
Azerbaycan Türkçesi: sağ
Başkurt Türkçesi: häv
Kazak Türkçesi: tiri sav
Kırgız Türkçesi: tirṻ
Özbek Türkçesi: tirik
Tatar Türkçesi: sau
Türkmen Türkçesi: sağ dḯri
Uygur Türkçesi: tirik
Rusça: zdorovıy

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sağ

I. sif.
1. Diri, canlı, ölməmiş, salamat (ölü əksi). Atası hələ sağdır. Sağ qalsaq görərik. – Bəy xanımın əlini alıb .. dedi: – Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım! C.Məmmədquluzadə. [Sultan bəy:] Ay... rəhmətlik Sona, sağ olaydı.. Ü.Hacıbəyov. Hər könüldən bir səs gəlir; Ölməmişəm, sağam! – deyə. S.Vurğun.
2. Sağlam. Bu xəstələrin qanını dəyişdirib ondan maya qayırıb onu sağ adamın bədəninə çiçək döyən kimi döyüb onları bu xəstəlikdən mühafizə edirlər. H.Zərdabi. // Salamat, zədəsiz. Nə birincin, əgər nə yağın var; Şükr qıl, sağ əlin, ayağın var. S.Ə.Şirvani. • Sağ gün – xəstə olmayan gün (daim xəstə olan adam haqqında). Cahanın sağ günü yatacaqda keçirdi. İ.Musabəyov. Sağ qalmaq – salamat qalmaq, ölməmək, ölümdən qurtarmaq. Təpə uçdu, dağ qaldı; Maral qaçdı, sağ qaldı; Yar yada qismət oldu; Mənə ağlamaq qaldı. (Bayatı). Sağ-islahat (sağ yer) qoymamaq – tamam hər yerini əzmək, zədələmək, şikəst etmək. Hasan paşa yanındakı adamlarda sağ-islahat qoymadı. “Koroğlu”. Sağ yer qalmamaq – salamat yeri qalmamaq, hər yeri zədələnmək; bərk şikəst olmaq. Avariyaya düşüb, sağ yeri qalmayıb. – [Alını] o qədər döydülər ki, ağzının, burnunun qanı bir-birinə qarışdı, baş və gözündə sağ yer qalmadı. Çəmənzəminli.
3. məc. Saf, xalis, bütöv, düz. [Əlləzoğlu:] Neçə ildə bizə bir sağ söz deyib şərt kəsmədin ki, ... mən də arxayın olam. İ Hüseynov. ‣ (Çox) sağ ol(un)! – 1) təşəkkür ifadəsi; təşəkkür edirəm, çox razıyam, minnətdaram. [Şeyx Sənan Özdəmirə:] Sağ olun, əskik olmayın, oğlum! H.Cavid. [Camadarlar:] Çox sağ ol, Məşədi! Allah bərəkət versin! Ü.Hacıbəyov; 2) vidalaşıb ayrılanda deyilir: salamat qal(ın). [Firidun:] Sağ ol, Gülnaz, gedirəm. – Gülnazı qapıya qədər .. ötürdü. M.İbrahimov. Sağ olsun – bir kəsin işindən, hərəkətindən məmnunluğu, buna görə də təşəkkürü, razılığı bildirir. Sağ olsunlar bizi qanan oxucularımız! Avama ümid yoxdur! C.Məmmədquluzadə. Bağça müdirəsi dilağız etdi: – Sağ olsun Şirzad yoldaş, gedib rayondan bu avadanlığı aldı, gətirdi. M.İbrahimov. (Ay) sağ olmuş – xitab, ya təşəkkür kimi işlənən ifadə. [Hacı Murad:] Ay sağ olmuş, mənim ömrüm keçmişdir. S.S.Axundov. [Bayram kişi:] Eh, sağ olmuş, hökumət kimdir, biz kimik? Hökumətin bir nümayəndəsi elə lap mən özüm. M.Rzaquluzadə. Sağ olmamış – qarğış məqamında işlənən ifadə.

II. sif.
1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən. Sağ ayaq. Sağ göz. – Usta .. sağ əlini qaldırıb, bir az havada fırladı. Çəmənzəminli. [Qızın] sağ yanağındakı bir xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq. // Sol qola müqabil olan qol tərəfdə yerləşmiş. Alı kişi qabaqca sağ axurdakı ata yaxınlaşdı. “Koroğlu”. Yanır sağ döşündə qızıl bir nişan. S.Vurğun. // Üzü cərəyana tərəf durduqda həmin səmtə uyğun gələn. Çayın sağ sahili. Arazın sağ kənarında.
2. Siyasi və ictimai həyatda qabaqcıl cərəyanlara düşmən olan; mürtəce, mühafizəkar. // Hər hansı burjua partiyası üzvlərinin, yaxud siyasi, fəlsəfi cərəyan nümayəndələrinin əsas kütləsinə nisbətən daha mürtəce, daha mühafizəkar görüşləri müdafiə edən. Sağ leyboristlər. Sağ sosialistlər (bu məna parlament salonunda mürtəce partiyaların üzvlərinin sədrdən sağ tərəfdə oturması ənənəsindən gəlmişdir). Sağ partiyalar. // İs. mənasında – sağlar. Sağlara meyil edən qruplar. – Biz açarkən bizə düzgün yollar; Sürünür arxada sağlar, sollar. M.Müşfiq. ‣ Sağ əl məc. – ən yaxın adam, köməkçi sirdaş, sədaqətli dost, yoldaş. Molla Məmməd .. şeyxin sağ əlidir. E.Sultanov. [Nazlı:] Mustafa Fərhad qardaşın sağ əlidir. Ə.Məmmədxanlı. Sağ əli(n) başıma (başımıza, başınıza, başına) – birinə qismət olan, nəsib olan yaxşı bir şeyi, xoşbəxtliyi özü və başqaları üçün də arzu etmək mənasında ifadə. Sağ gözü kimi istəmək – çox istəmək, həddindən artıq əzizləmək. [1-ci əcinnə:] Sən qorxma, səni xanım sağ gözü kimi istəyəcək. Ə.Haqverdiyev. Sağına-soluna keçmək – 1) bax. sağınasoluna göz gəzdirmək. Qara şal çuxalı əlindəki siyahıya baxıb məhbusların sağınasoluna keçdi. Mir Cəlal; 2) yaltaqlanmaq, yalaqlıq eləmək. Düşdü əyyar onun ayağına; Soluna keçdi, gah sağına. S.Ə.Şirvani. Sağına-soluna göz gəzdirmək – hər tərəfi yoxlamaq, nəzərdən keçirmək. [Anam] sağına-soluna göz gəzdirir, yerə baxır, zıqqıldayırdı. Mir Cəlal.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sağ

I. salamat, gümrah
{sağlam, zinde}

II. canlı, diri
{canlı, diri}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sağ

sağ


Last searches: