sataşmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sataşmaq
f.
1. Birini acıqlandırmaq, pərt etmək, qanını qaraltmaq, təhqir etmək, ələ salmaq məqsədilə ona söz atmaq və ya başqa bir hərəkət göstərmək; sürtüşmək. [Murad bəy:] Bax, bu adam hər kəssə, sənə sataşmaq istəmişdir, aş qazanını aparmışdır. T.Ş.Simurq. [Gülzar:] Onların ağzı nədi sənə sataşırlar, birçəklərini bircə-bircə yolaram. İ.Hüseynov. // Zarafat məqsədilə söz atmaq, sürtüşmək, pərt etmək. Dilbərin rəfiqəsi yenə də oğlana sataşmaq istədi: – Kişi Fərhaddır, Fərhad! Görmürsən? Ə.Sadıq.
2. Namusuna toxunmaq. [Qarı:] O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. Çəmənzəminli. [Əliyar Toğrula:] [Yaşar] suyumuzu kəsir, qənd vermir, çay vermir, üstəlik bir arvaduşağımıza da sataşır. C.Cabbarlı.
3. Toxunmaq. [Həsənin] barmaqları zurnaya sataşcaq, əlinə alıb bir segah çaldı. B.Talıblı. ‣ Gözü sataşmaq – bax. göz. [Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sataşmaq
toxunmaq, dəymək, ilişmək, sürtüşmək, əsəbiləşdirmək
{dokunmak, değmek, ilişmek, sürtüşmek, sinirlenmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sataşmaq
sarkıntılık etmek, sarkmak, sataşmak