sapmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sapmaq
f.
1. Düz yoldan çıxıb, sağa və ya sola dönərək başqa bir yola girmək, başqa istiqamət almaq; yolu azdırmaq. [Kor aşıq Qəhrəmana:] Həmən qoşdum sağa-sola saparkən; Baxdım ki, səs gəlir bənövşəlikdən. H.Cavid. Atlı çaparaq; Yoldan saparaq; Günbatan tərəfə çapdı atını; Üfüqlər gizlədi o qaraltını. S.Vurğun.
2. məc. Doğru yoldan çıxıb yanlış yola düşmək (çox vaxt “yol” sözü ilə bərabər işlənir). [Knyaz:] Sən də onlar kimi sapmış (f.sif.) başıboş. H.Cavid. Qapılıb hissə bu gün doğru yolumdan sapdım! S.Rüstəm.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sapmaq
I. azmaq, çaşmaq
{azmak, şaşırmak}
II. yayınmaq, uzaqlaşmaq
{yön değiştirmek, uzaklaşmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sapmaq
sapmak