sanballı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sanballı
sif.
1. Ağır, bərk, möhkəm, qurs. Daş balaca idi, amma çox ağır, çox da sanballı idi. “Koroğlu”. Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açıldı. Çəmənzəminli. [Xəlil:] Bu il məhsulumuz boldu. Maşallah, qozalar aman sanballıdı. M.Hüseyn.
2. məc. Güclü, təsirli, dərin, ciddi. Sanballı ifadə. Sanballı cümlə işlətmək. – Gecəm belə keçdi, səhərim gəlsin! Dadıma sanballı sözlərim gəlsin! M.Müşfiq. [Qara Kərəmoğlunun] söz ağzından külçə kimi ağır və sanballı (z.) çıxırdı. M.İbrahimov. Vəzn xoşuma gəlmir, yenisini seçirəm; Daha da dolğun olsun; daha sanballı, möhkəm. R.Rza.
3. məc. Təmkinli, ciddi, ağır, ağırbaşlı. [Sübhanverdizadə] özünü camaat arasında çox sanballı (z.) aparardı. S.Rəhimov. [Mürsəl:] [Ataş] həm də sanballı oğlandır, hər sözə cavab verməz. Ə.Vəliyev. // Yaşlı, abırlı, hörmətli. Sanballı adam. // Adlı-sanlı, hörmətli, mötəbər. Sanballı alim.
4. məc. Əsaslı, böyük, dərin, ciddi. Sanballı musiqi əsəri. Sanballı kitab.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sanballı
I. nüfuzlu, hörmətli, çəkili, ağır
{etkili, saygın, itibarlı, ağır}
II. dəyərli, qiymətli
{değerli, kıymetli}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sanballı
etkili