turklehceleri.org

sadəlik

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sadəlik

is.
1. Sadə şeyin halı, bəsitlik. Layihənin sadəliyi.
2. məc. Sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük. Sadəliyindən, avamlığından [Səriyyə] hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. M.İbrahimov. Xasay öz sadəliyinə istehza ilə güldü. M.Hüseyn. // Hərəkətində, davranışında adilik, təbiilik, sünilikdən uzaqlıq; təvazökarlıq. Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. M.P.Vaqif. Pudradan, boyadan xoşlanmaz Xumar; Onun qəlbi qədər sadəliyi var. S.Vurğun. Gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sadəlik

I. bəsitlik, adilik, asanlıq
{basitlik, adilik, hafiflik}

II. səlistlik, rəvanlıq
{akıcılık, yalınlık}

III. təvazökarlıq, ədəblilik
{mütevazılık, edeplilik}


Last searches: