rəxnə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
rəxnə
is. [fars.]
1. Yıxıq, dağınıq yer, çökmüş yer.
2. məc. Zərər, ziyan. • Rəxnə salmaq – çaxnaşma salmaq, qarma-qarışıqlıq salmaq, vəlvələ qopartmaq. İlahi rəxnə salmasın; Bu qurğu, dövrana, deyin. Aşıq Ələsgər. Rəxnə vurmaq (yetirmək) – ziyan vurmaq, zərər yetirmək; dağıtmaq, pozmaq, kökünü tərpətmək. Məzhəbə rəxnə vurub, dinə salardı fəsad. M.Ə.Sabir. Ağır və məşəqqətli həyat [Araz və Günəşin] ailə həyatının sağlam təməlinə zərrə qədər rəxnə vura bilməmişdi. A.Şaiq. Heyf, səd heyf ki, ittifaqı pozan və [birliyin] bünövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb rəyasətlik iddiasındadırlar. F.Köçərli. Rəxnə yetişmək – dağılmaq, pozulmaq, kökü sarsılmaq. Az qaldı ki, evin bünövrəsinə rəxnə yetişsin ki, nagah dərviş mənzilə qayıtdı. M.F.Axundzadə.