turklehceleri.org

rəsmi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

rəsmi

sif. və zərf [ər.]
1. Hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan. Rəsmi sənəd. Rəsmi şəxs. Rəsmi danışıq. Rəsmi məlumat. – Rəsmi təftiş qırğı kimi [Balacayevin] üstünü almış(dı). S.Rəhimov. [Hümmət Yusifə:] Gərək hökumətin rəsmi icazəsini alaq. B.Bayramov. // Hökumət sənədlərinə xas olan. Rəsmi dil. Rəsmi terminologiya.
2. Bütün qaydaları, rəsmiyyəti gözləyərək. Rəsmi dəvət etmək. Rəsmi hərəkət etmək. Rəsmi icazə almaq. – Əvvəlcə soyuq halda başlanan, rəsmi şəkil alan söhbət get-gedə qızışdı və otağın istiliyinə qarışdı. Ə.Vəliyev. // məc. Soyuq, lakin nəzakətli; soyuqqanlı. Rəsmi ton. Rəsmi dildə danışmaq. – Qiyasəddinov tam rəsmi bir ahənglə haqqhesab verirmiş kimi cavab verdi. S.Rəhimov. Gəldiyev danışanın Səttarzadə olduğunu bilib, sözünə daha rəsmi bir ifadə vermişdi. Mir Cəlal.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

rəsmi

qanuni
{kanuni}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

rəsmi

resmî


Last searches: