turklehceleri.org

rəhmət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

rəhmət

is. [ər.] klas.
1. Yazığı gəlmə, rəhm etmə, mərhəmət.
2. məc. Nemət, bərəkət mənasında. Alqış sənə, ey zəhmət; Dünyaya saçan rəhmət; Sənsən bu əməklərlə. A.Şaiq.
3. məc. Dindarların etiqadına görə, Allahın mərhəmətinin təzahürü olaraq yağan xeyirli yağış.
4. Müsəlman dininə görə Allahın ölülərə rəhm edib günahlarını bağışlaması. • ...rəhmət! – Allah ... günahından keçsin! Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli. ‣ Rəhmət demək (oxumaq) – yaxşılıqla anmaq, yaxşılığına danışmaq. Düşmən düşmənə rəhmət oxumaz ki... – Sanma varis mənə rəhmət oxuyub heyf çəkər. M.Ə.Sabir. [Mirzə Heydər:] Cəmi-aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov. Rəhmət etmək – bax. rəhmətə getmək. Rəhmətə getmək – ölmək. Vaxt yetişdi, anası .. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Allah rəhmət eləsin! – təsəlli və təziyə ifadəsi. Yazıq Molla Tanrıqulu, Allah sənə rəhmət eləsin! C.Məmmədquluzadə. [Molla Əkbər:] Bu tarçı .. Əsəd deyildi... Tanrıçı Əsəd idi... Yaxşı adam idi. Allah rəhmət eləsin... B.Talıblı. Allah(ın) rəhmətinə getmək – bax. rəhmətə getmək. [Səkinə xanım:] Qardaşım Allahın rəhmətinə getdi. M.F.Axundzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

rəhmət

bolluq, ne’mət
{bolluk, nimet}


Last searches: