ruhani
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ruhani
I. [ər.]
1. is. Din xadimi. Əqdinikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. Çəmənzəminli.
2. sif. Din ilə bağlı olan, dinə aid olan; dini. ..Millətin ruhani ataları – mollalar millətin avamlıqda qalmaqlarından nəfbərdar olub, zahirdə dediklərinə batində əməl etmirlərmiş.. F.Köçərli. Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. A.Şaiq. // Din tədris edilən. Ruhani məktəb.
3. sif. Ruhla bağlı olan, ruha aid olan. Həyatın mənşəyinin ruhani başlanğıcla bağlılığı.
4. sif. Qeyri-cismani, qeyri-maddi; mənəvi, xəyali, mücərrəd. Həqiqət, axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. N.Nərimanov.
5. is. Sazda çalınan aşıq havalarından birinin adı. ‣ Ruhani ata məc. – tərbiyəçi, mürəbbi, tərbiyə verib yetişdirən adam; ustad, yol göstərən. Ruhani ataydı şagirdlərinə; Köksü dar gələrdi iftixarına; Ondakı məhəbbət, ondakı şəfqət; Sığmırdı insanlıq hüdudlarına. Şəhriyar.
II. sif. [ər.] klas. Lətif, gözəl mənzərəli, ab-havası gözəl; ruhu oxşayan. Ruhani bir mənzərə. – Nə gözəl mənzəreyişəfqətza; Nə lətafətli, nə ruhani səfa. M.Hadi. Ən ruhani nəşələrdən qanadım; Çıxdım, səni buludlarda aradım! Ə.Cavad.
Last searches:
- huu,
- ideallaşdırmaq,
- arxalanmaq,
- miz,
- Yemək,
- ulalma,
- tay-,
- revelation,
- halide,
- dachen,
- ön,
- ırıt-,
- tubal,
- şadşalayın,
- Əlif,
- gone,
- piyano,
- choqa,
- gartman,
- kederlenmek,
- tutunush,
- ruhani