qəvi
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qəvi
sif. [ər.] Qüvvətli, güclü, möhkəm. Beşinci tühaf “Sofi Hüseyn” adı ilə məşhur uzunboylu, ağ uzun saqqallı, qəvi heykəl bir kişi idi. Ə.Haqverdiyev. İndi [Toğrulun] qəvi əzələləri təpədən dırnağa kimi qorxunc bir əsəbilik ilə titrəyirdi. H.Nəzərli. Əgər mən olmasaydım, məsul cəbhəmdə qəvi; O zaman bu ölkədə nəyə gərəkdim, nəyə? S.Rüstəm.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qəvi
qüvvətli, güclü, möhkəm
{kuvvetli, güçlü, sağlam}