turklehceleri.org

qəsdən

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qəsdən

zərf [ər.] Bilərək, bilə-bilə, müəyyən məqsədlə. Qəsdən bu sözü söylədi. Mən qəsdən belə dedim. – Qəsdən unudurdu dərsin ol zar; Leyliyə deyirdi: ey vəfadar! Füzuli. [Əsgər:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Ü.Hacıbəyov. Ceyran oturub oğlu ilə əylənməyə, gülməyə başlayır. Qəsdən özünü nəşəli göstərir. S.Hüseyn. O, yelqanadlı atını qəsdən çapmırdı ki, ovu atasının gözü önündə ovlasın. M.Rzaquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qəsdən

bilərek
{bilerek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qəsdən

kasten, mahsus


Last searches: