turklehceleri.org

qəsd

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qəsd

is. [ər.]
1. Niyyət, məqsəd, məram. Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna .. sahib olub, Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə. Buraya gəlməkdən qəsdim səndən kömək istəməkdir. Ə.Haqverdiyev. Göyərçin onu görüncə əsdi; Bildi ki, nədir tərlanın qəsdi. M.Seyidzadə. // ilə qoşması, yaxud -lə şəkilçisi ilə – 1) ...məqsədi ilə, ...niyyəti ilə, ...üçün. Ayrım qızı .. Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi. A.Şaiq; 2) qəsdən, müəyyən məqsədlə. Qəsd ilə nihan edib kitabın; Həddən aşırırdı iztirabın. Füzuli. Burada Araz və Culfa sözlərini mən qəsdlə yazıram. C.Məmmədquluzadə. • Qəsd etmək – 1) niyyətində tutmaq, fikrində tutmaq, nəzərində tutmaq; 2) niyyətində olduğu şeyi həyata keçirməyə təşəbbüs etmək. O ki öz varını insana vermiş; Ona qəsd eləmək cinayət olar. B.Vahabzadə.
2. bax. qərəz1 2-ci mənada. Bu işdə heç bir qəsd olmamışdır.
3. Birini öldürmək, yaralamaq, yaxud zərər vermək üçün edilən təşəbbüs, görülən iş; sui-qəsd. • Qəsdinə durmaq (girmək) – birinin ölümünə, məhvinə, yaxud bədbəxtliyinə çalışmaq. Heç bilməzəm nədir günahım mənim; Durubdur qəsdimə cəlladın sənin. M.P.Vaqif. Zalım cəllad nə giribdi qəsdimə; Xəbər verin övladıma, dostuma. Aşıq Ələsgər. Canına (həyatına) qəsd etmək – birini öldürməyə təşəbbüs etmək; // məc. mənada. Gözünü düzüb süzürsən, dilü canə qəsd edirsən. Nəsimi. Qəsd eləmişdin nə üçün canına; Olmuş idin təşnə onun qanına? A.Səhhət.
4. Qəsdindən şəklində – ürəyindən, qəlbindən, xəyalından, fikrindən. Hər kəsin qəsdindən aşıqlıq keçər; Qarşı gəlsin, edək cəngi qıjhaqıj. Aşıq Ələsgər. ‣ Şirin cana qəsd eləmək zar. – özünə əziyyət, əzab vermək (çox işləməklə, çalışmaqla və s. ilə). Gülxar Zal qızı, siz şirin cana qəsd eləmişsiniz. Nə tikirsiniz? Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qəsd

I. niyyət, məqsəd
{niyet, maksat}

II. terror
{terör}

III. qərəz, düşmənçilik, ədavət
{garez, düşmanlık, kin}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qəsd

kasıt


Last searches: