turklehceleri.org

qəribə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qəribə

sif. [ər.]
1. Eşidilməmiş, görünməmiş, təəccüblü, qeyri-adi, çox maraqlı. Qəribə söz. Qəribə əhvalat. – [Vəzir:] Mən istəyirəm ki, bayramda bir qəribə mintənə Şölə xanıma bağışlayım. M.F.Axundzadə. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışır, çox qəribə tapmacalar deyirdi. A.Şaiq. Bu köpəkdə qəribə bir hal vardı. Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib yaxına qoymazdı. S.S.Axundov.
2. Son dərəcə, olduqca, valeh edəcək dərəcədə. Sultanüşşüəra .. üzünü yoldaşlarına çevirib: – Qəribə gözəldir, bimisil qızdır, doğrudan, qəzəl deməyə layiqdir, – deyib yola düşdü. M.S.Ordubadi.
3. Qəribədir şəklində – çox təəccüblüdür, çox maraqlıdır. Çox qəribədir, növbə Fərmana çatanda o, nədənsə ürəyinin döyündüyünü hiss etdi. Ə.Sadıq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qəribə

təəccüblü, qeyri-adi, maraqlı
{şaşırtıcı, sıradışı, ilginç}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qəribə

acayip, garip, tuhaf


Last searches: