turklehceleri.org

qənim

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qənim

is. [ər.] Düşmən. Hay-hay deyib qənim üstə varanda; Kəllə gərək bu meydanda qalanı. “Koroğlu”. Bax, bizim qənimimiz indiyədək bizi əsarətdə saxlayan həmin çarşab olubdur. C.Məmmədquluzadə. // Birinin öhdəsindən gələn, gözünün odunu alan, qəddar düşməni olan; dəhşət, qorxu yağdıran; bir şeyin tam ziddi. Qoyunun qənimi qurddur. Pişik siçanın qənimidir. – Hər şeyin bir qənimi, bir zavalı var. M.İbrahimov. Dekabrda olduğu kimi, bu batareya iyunun birindən bəri də düşmən təyyarələrinin qənimi idi. Ə.Əbülhəsən. • Qənim kəsilmək, qənimi olmaq – düşmən kəsilmək, düşməni olmaq, öhdəsindən gəlmək, gözünün odunu almaq, öz gücünü tanıtmaq. Komandir tamamilə əmin olmuşdu ki, qorxu bilməyən gənclər düşmənin amansız qənimi olur. Ə.Vəliyev. Qənim olmaq din. – cəzasını vermək, uğursuzluğa məruz qoymaq, öz təsirini göstərmək. Xalalardan birisi gəlib mənə xəbər verdi ki, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini gördünmü, necə ona qənim oldu? “Mol. Nəsr.”

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qənim

düşmən
{düşman}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qənim

gayzlı


Last searches: