turklehceleri.org

qəbir

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qəbir

is. [ər.] Ölüləri basdırmaq üçün xüsusi şəkildə qazılan çuxur: məzar, gor. Hər cümə axşamı [Zeynəb] ərinin qəbri üstə gedib, bir yekə mərəkə qurar. C.Məmmədquluzadə. ‣ Qəbri qazılmışdır – ölümünə az qalmışdır, ölümü yaxınlaşmışdır. Bir ayağı qəbirdə – ölümünə az qalmış (adətən çox qoca adam haqqında deyilir). [Səadət xanım:] Qardaş, biz heyvan deyilik, bizə insan deyirlər. ..Atamızın bir ayağı qəbirdədir, lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. N.Vəzirov. Birinə qəbir qazmaq məc. – birinin əleyhinə işləmək, birini bədbəxt etmək üçün gizlində tədbir görmək, quyu qazmaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qəbir

məzar, kor
{mezar, kabir}


Last searches: