turklehceleri.org

qıvraq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qıvraq

sif.
1. Sağlam, möhkəm, gümrah, səhhətcə yaxşı. Qıvraq bədən. Xəstə bu gün bir az qıvraqdır. – Səksən yaşındadır, hamıdan qıvraq. Q.Zakir. Həkim yaşlı, lakin qıvraq bir adamdı. Ə.Əbülhəsən. // Çevik, cəld, diribaş, zirək, yüngül. [Qəhrəman yüzbaşı:] Ədə, cəld tərpəşin!.. Əziz, atı döy, sənin atın qıvraqdır.. C.Məmmədquluzadə. Adamlar aralanıb Tükəzbana yol verdilər. Tükəzban qıvraq (z.) atdan düşüb, şuraya daxil oldu. B.Talıblı.
2. Yüngül, kip, bədənə yapışan, hərəkətə mane olmayan (paltar, ayaqqabı və s. haqqında). Qıvraq paltar. Ovçular qıvraq (z.) geyinib yola düşdülər. – ..Qaçaqlar gəlirlər, amma qabaqlarınca bir ucaboylu, qıvraq (z.) geyinmiş yaraqlı, əsbablı oğlan gəlir ki, çox heybətlidir. M.F.Axundzadə. [Zaman] əlindəki dəsmalında sovqatı, ayağında qıvraq çarığı şəhərin yavıqlığındakı kəndə nişanlıbazlığa gedirdi. Çəmənzəminli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qıvraq

I. sağlam, möhkəm, gümrah
{sağlam, sımsıkı, zinde}

II. yüngül
{hafif}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qıvraq

dinç, kıvrak


Last searches: