qısqanmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qısqanmaq
f.
1. Sevdiyi, qəlbində məhəbbət bəslədiyi bir adama başqasının münasibətini çəkə bilməmək, yaxud yaxın bir adamının başqasına daha çox meyil və məhəbbət göstərdiyinə, daha çox sədaqətli olmasına şübhələnərək ruhi əzab çəkmək. Hüsaməddin qaşqabağını turşutmuşdu; o, Qətibə ilə Toğrulun əlaqəsindən şübhələnir və qısqanırdı. M.S.Ordubadi. Orda bütün gözlər səni süzərkən; Qısqanmağa başlayıram mən həmən. H.Cavid. // Şübhələnmək, çəkinmək, ehtiyat etmək. Dayı, məndən qısqanma, mən çörəyi dizi üstündə olan nəməkbəhəram adamlardan deyiləm. A.Divanbəyoğlu. // bax. qısqınmaq. [Əziz bəy:] Yeri gələndə o özü də danışmaqdan çəkinən və qısqanan deyil! M.F.Axundzadə.
2. Qibtə etmək, həsəd aparmaq, paxıllıq etmək. Uşaq kiçik qardaşını qısqanır.
3. Xəsislik etmək, əsirgəmək, acgözlük etmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qısqanmaq
şübhələnmək, çəkinmək
{şüphelenmek, çekinmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qısqanmaq
kıskanmak