qırıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qırıq
sif.
1. Qırılmış, kəsilmiş. Qırıq ip. Qırıq məftil.
2. Rabitəsiz, əlaqəsiz. Qırıq cümlə.
3. Sınıq, sınmış. Qırıq kasa. Qırıq şüşə. – Sarxan əlindəki qırıq fənəri yuxarı qaldırdı. M.Hüseyn. Yelkənlər qırıq quş qanadı kimi cansız bir hərəkətlə yırğalanırdı. M.Rzaquluzadə. Təsərrüfatçı ona [Qədirə] qırıq bir taxt göstərib dedi: “Hələlik ötüş”. Mir Cəlal. // Yaramaz, dəyərsiz, sınıq. Yaxşı ki, dədəm Qafar sənə bu qırıq tüfəngi qoyub getmişdir. A.Şaiq.
4. is. Qırılmış, sındırılmış, parçalanmış şeyin kiçik parçası, tikəsi. Şüşə qırığı. Qənd qırığı. İp qırığı. – Gülsüm xala .. barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarırdı. Ə.Haqverdiyev. // Tullantı; qırıntı. Kağız qırıqları. Papiros qırığı.
5. “Bir” sözü ilə: bir qırıq – bir tikə, bir az, bir zərrə. Bir qırıq çörək.
6. məc. İncimiş, sınmış. Qırıq könül.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qırıq
I. rabitəsiz, əlaqəsiz
{ilgisiz, alakasız}
II. sınıq
{kırık}
III. tikə, parça
{bölüm, parça}
IV. incik, sınıq
{incinmiş, kırık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qırıq
kırık