turklehceleri.org

qırğı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qırğı

is. zool. Balaca quşları ovlayan iti və uzun caynaqlı, qısa qarmaq dimdikli yırtıcı quş. Qırğı yuvası. – Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. S.S.Axundov. • Qırğı kimi – 1) çox qıvraq, əl-ayaqdan iti və zirək. [Əlyarov:] Nənə!.. Lap qırğı kimisən! Oğuldan, uşaqdan nəyin var? M.Hüseyn; 2) çox cəld, çox iti, tez, əlüstü, bir anda. Qırğı kimi başının üstünü almaq. – Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, .. süfrənin üstünə atır. Mir Cəlal. Sərvnaz Poladın eyhamını eşidincə, belini düzəltdi. Qırğı kimi şığıyıb, özünü traktora çatdırdı. Ə.Vəliyev.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qırğı

atmaca


Last searches: