turklehceleri.org

qırx

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qırx

say.
1. Otuz doqquzdan sonra gələn say, 40 ilə işarə olunan rəqəmin adı. Qırx manat. Qırx ədəd. – Qırxında öyrənən gorunda çalar. (Ata. sözü).
2. Bir şəxsin ölümünün qırxıncı günü. • Qırx bağla(t)maq – xalq adətincə ölən adamın qırx günü tamam olandan sonra ehsan verib yas məclisini bitirmək. Qırx saxlamaq (tutmaq) – xalq adətincə ölü üçün qohum-qardaşının qırx gün yas saxlaması. Qırx vermək – xalq adətincə ölən adam üçün qırxıncı gün ehsan vermək. Qırxı çıxmaq – xalq adətincə ölən adam üçün saxlanılan yasın qırx gündən sonra qurtarması. ‣ Qırx kötük dan. – qış qurtardıqdan sonra davam edən şaxta, soyuq. Qırxında yorğalamaq – çox yaşlı olduğu halda, cavanlıq fikrinə düşmək, yaşına yaraşmayan hərəkətlərdə olmaq. qırx... – bu sayla əlaqədar olan bir sıra mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: qırxayaq, qırxillik, qırxgünlük, qırxdərəcəli.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qırx

kırk


Last searches: