turklehceleri.org

qın

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qın

is.
1. Xəncər, qılınc və s. kəsər silahları qoymaq üçün qab. ..Şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. M.S.Ordubadi. Düşmən başı sağ olunca misri qılınc qına girməz. R.Rza. Almurad baba .. dəri qından bir qəmə çıxarıb satıla çəkdi. İ.Əfəndiyev.
2. Bir şeyin daxili hissəsini örtən, onu əhatə edən, içində gizlədən bərk qabıq, örtü, pərdə və s. // Bağanın çanağı. Bağa qınından çıxdı, qınını bəyənmədi. (Ata. sözü). ‣ Qınına çəkilmək, qınına girmək – gizlənmək, özünü göstərməmək, öz dairəsindən kənara çıxmamaq, heç bir işə qarışmamaq. Özlərini adətən xan məclisində sərbəst aparan təlxəklər də qorxularından qınlarına girdilər. Çəmənzəminli. İlan kimi sürünməkdən nə çıxar? Qına girib bürünməkdən nə çıxar? Aşıq Bəylər. Qanından çıxmaq – həddini aşmaq, cızığından çıxmaq. Başını qınına çəkmək – bax. baş.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qın

qab, pərdə, örtük
{kap, perde, örtü}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qın

kın


Last searches: