turklehceleri.org

qüvvə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qüvvə

is. [ər.]
1. Bir işi görə bilmək qabiliyyəti, iqtidarı, bacarığı. Bu işi görməyə qüvvəsi çatmaz. // Qüvvət, taqət, cismani enerji. Qüvvədən düşmək. Bütün qüvvəsini sərf etmək.
2. Zor, cəbr, qol gücü. Qüvvə tətbiq etmək.
3. Hər hansı bir enerjinin mənbəyi ola bilən maddi əsas, səbəb. Ağırlıq qüvvəsi. Yerin cazibə qüvvəsi. Müqavimət qüvvəsi. İstehsal qüvvələri. Canlı qüvvə (insanlar və heyvanlar).
4. Gərginlik, gərginlik dərəcəsi, şiddət. Partlayış qüvvəsi. Elektrik cərəyanı qüvvəsi. Küləyin qüvvəsini ölçmək. Top səsinin qüvvəsindən qulaq tutulurdu.
5. Güc, qüdrət, iqtidar, nüfuz. Sülh tərəfdarlarının qüvvəsi yenilməzdir.
6. Bir şeyin mahiyyəti, təsir qabiliyyəti, mənası, kəsəri, əhəmiyyəti, rolu. Sözün qüvvəsi. Dəlillərin qüvvəsi.
7. Hüquq nöqteyi-nəzərindən təsir, hökm, səlahiyyət, əhəmiyyət. Dövlət planının qanuni qüvvəsi vardır. Qərar qüvvəsini itirməmişdir. • Qüvvədə olmaq – hamı üçün məcburi olmaq, tətbiq edilməkdə olmaq, qüvvəsi hələ davam etmək. Qüvvəyə minmək – hamı üçün məcburi olmağa başlamaq, tətbiqə başlamaq. Yeni qanun qüvvəyə mindi. Qüvvədən düşmək – öz qanuni hökmünü itirmək. Köhnə qanunlar qüvvədən düşmüşdür.
8. Adətən cəm şəklində. Cəmiyyətin hər hansı bir səciyyəvi əlamətlərə malik olan ictimai qrupu, təbəqəsi. İnqilabın hərəkətverici qüvvələri. Dünyanın demokratik qüvvələri. Sülh qüvvələri. Sinfi qüvvələrin münasibətləri.
9. Cəm şəklində. Qoşun. Silahlı qüvvələr. Əsas qüvvələr (ordunun əsas hissəsi). Dəniz qüvvələri (hərbi-dəniz donanması). Hava qüvvələri (hərbi-hava donanması).
10. Cəm şəklində. Hər hansı bir istehsalat kollektivini təşkil edən adamlar, bir-birinə yaxın ixtisas, peşə və s. sahəsində çalışan adamlar. Klubda yerli qüvvələr konsert verəcək.
11. Zərf mənasında. Qüvvəsi ilə – köməyi ilə, vasitəsilə, iştirakı ilə. Laboratoriya tələbələrin qüvvəsi ilə düzəldilmişdir.
12. Duyğu, hiss, qabiliyyət. Görmə, eşitmə, iybilmə qüvvəsi. İradə qüvvəsi. Hafizə qüvvəsi. İdrak qüvvəsi.
13. Maddi imkan, iqtidar. O bahalıqda parçanı almağa mənim qüvvəm çatmaz. ‣ At qüvvəsi – bax. at gücü (“at”da). İş qüvvəsi – bax. iş. İşçi qüvvəsi – bax. işçi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qüvvə

I. güc, taqət
{güç, takat}

II. zor, cəbr
{zor, güç}

III. gerginlik, şiddət
{gerginlik, şiddet}

IV. güc, qüdrət, iqtidar, nüfuz
{güç, kudret, iktidar, tesir}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qüvvə

güç, kuvvet


Last searches: