qürur
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qürur
is. [ər.]
1. İftixar, mənlik hissi, təmkin. Yenilməz qüvvətlə vur zərbəni, vur! Gözlərində təmkin, alnında qürur. R.Rza. Nəriman qürurunu pozmadan ağ və soyuq divara daha bərk söykəndi. Mir Cəlal. Bu sevinc əslində bir qürur hissindən ibarət idi. Ə.Məmmədxanlı. Ananın şəfqət və qürurla (z.) parlayan gözlərində sanki şimşəklər çaxdı. M.Rzaquluzadə.
2. Təkəbbür, məğrurluq, lovğalıq, özünü yuxarı tutma. Aldanma zahidə, sanki uludur; Qəlbi kibrü qürur ilə doludur. A.Şaiq. [Firidun:] Mən hələ heç bir qürur göstərməmişəm. M.İbrahimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qürur
I. iftixar, mənlik, təmkin
{iftihar, benlik, vakar}
II. təkəbbür, məğrurluq, lovgalıq
{kibir, mağrurluk, kibirlilik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qürur
gurur, kibir, onur