quş
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
quş
is.
1. Bədəni tük və lələklə örtülü, ikiqanadlı, ikiayaqlı, dimdikli uçan heyvan sinfi. Yırtıcı quşlar. Ev quşları. Oxuyan quşlar. Köçəri quşlar. Su quşları. – Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov. Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq.
2. Ətlə dırnağın bitişdiyi yerdə ətdən aralanmış incə dəri hissəciyi. ‣ Quş südü – tapılmaz şey, heç yerdə mövcud olmayan xəyali bir şey. İş tapmaq, necə deyərlər, quş südü tapmaq kimi bir şey idi. P.Makulu. Quş-quş olmaq – bir-birinə bitişib aralanmamaq (kirpiklər haqqında). ..Bibim gəldi bizə, oğlanı naxoş görüb .. dedi: – Ay qız, baxıram, uşağın gözləri saralıb, kirpikləri quş-quş olub və başının tükü bizbizdi. “Mol. Nəsr.” Quşu qonmaq – meyli düşmək, xoşuna gəlmək. Dəmirçioğlunun müştəriyə quşu qondu. “Koroğlu”.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
quş
kuş