turklehceleri.org

qurbanlıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qurbanlıq

sif.
1. Qurban kəsilmək üçün saxlanmış, ayrılmış. Vaqif, oğlunun qurbanlıq qoyunu kimi yerə uzandırıldığını gördükdə qışqırdı. Çəmənzəminli. Ay yazıq, bilmirsənmi, qurbanlıq qoyuna qənd yedirərdilər, xına yaxar, gözünə sürmə çəkərdilər? Ə.Əbülhəsən.
2. Özünü, yaxud başqasını qurban vermə, canından keçmə. [Solmaz:] Bütün xalqın nicatı üçün mənim qurbanlığım gərəksə, mən çəkinməyəcəyəm. C.Cabbarlı.


Last searches: