turklehceleri.org

qullab

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qullab

is.
1. Bir udum hava çəkmə; bir çəkim, tüstünü bir nəfəs içəri çəkmə miqdarı. • Qullab vurmaq (almaq) – papirosun, qəlyanın tüstüsünü hər dəfə içinə çəkmək. Mən əlimdəki papirosa bir qullab vuraraq, bir az düşündüm. M.S.Ordubadi. Miraxur özünü toxtatmaq üçün çubuğa bir qullab vurdu, üfüqə toplanan qara buludlara baxdı, köksünü ötürdü. Çəmənzəminli. Vəli qəzet kağızından nazik, uzun bir papiros bükdü və yandırıb üç-dörd qullab vurdu. M.Hüseyn.
2. köhn. Çəngəl, qarmaq. Yadıma düşəndə zülfün ənbəri; Qullab girər ciyərimdən içəri. M.P.Vaqif.


Last searches: