turklehceleri.org

qucaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qucaq

is.
1. Qolları açdıqda döş ilə qollar arasında əmələ gələn boşluq. Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı.. M.Hüseyn. Qaraca çoban yaralı qardaşını qucağına alıb tayaya tərəf apardı. M.Rzaquluzadə. • Qucağı uşaqlı – qucağında körpə uşağı olan. Qucağı uşaqlı arvadlardan bir neçəsi özündən gedib, qarın üstünə sərilmişdi. Çəmənzəminli. // Mehribanlıq və nəvaziş üçün birini qucaqlamaqdan ötrü açılmış qolların tutduğu vəziyyət; ağuş. Qucağına atılmaq. – Doktor onu qucağına alıb alnından öpər və konfetə qonaq edərdi. M.İbrahimov. Baba da cücəli toyuq kimi onlara dil tökür, qucağına alır. Mir Cəlal. // Məc. mənada. Bir də dilimizdə Vətən sözü var! Ana qucağıdır bu ilahi söz. S.Vurğun. Ayna sular qucağında görünür; Div gövdəli, qara üzlü qayalar. R.Rza. Ulduzlar sönüb gedir göylərin qucağına. Ə.Cəmil. “Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı xoş və gözəl təbiət qucağında yaşayan insan varlığındakı mənanı oxşayır. Ə.Bədəlbəyli.
2. Adətən “bir” sözü ilə: bir qucaq – 1) qollarının arası tutduğu qədər. [Atakişi:] İndi, qızım, mənim təsəllim bu bir vedrə su, bir qucaq odundur, onu da mənim əlimdən almayın. C.Cabbarlı; 2) məc. çoxlu, çox. Məndə sənin bir qucaq sirrin var.. M.Hüseyn. qucaq-qucaq zərf Çox, lap çox, çoxlu miqdarda, bollu, bol-bol. Adsız ölən igidlərin o pərişan məzarına; Çiçək səpir qucaqqucaq, gül dağıdır ətək-ətək. S.Vurğun.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qucaq

ağuş, qoyun
{aguş, koyun}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qucaq

kucak


Last searches: