qoçaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qoçaq
sif. İgid, şücaətli, rəşadətli, qorxmaz; mərd. [Heydər bəy:] ..Handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? C.Məmmədquluzadə. // Zirək, bacarıqlı, dilavər. [Ahıl qadın:] ..Cahan hər işi düzəldir, qoçaq arvaddır. Ə.Haqverdiyev. // İs. mənasında. Zülməti-şəbdə qızarır dan yeri; Haydı, qoçaq, haydı igid, qoş, yeri! A.Səhhət. Vətən oğlu, el qoçağı Bəxtiyar! Sənə ölməz igid desəm, yeri var. R.Rza. // Nida yerində. Ay qoçaq! Ay qoçağım! – [Ağa Kərim xan:] Bərəkallah, qoçağım Rəhim, afərin! N.Vəzirov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qoçaq
I. igid, şücaətli, rəşadətli, qorxmaz, mərd
{yiğit, cüretli, cesur, korkusuz, mert}
II. zirək, bacarıqlı, dilavər
{çevik, becerikli, kıvrak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qoçaq
kabadayı, koçak, mert, usta, yiğit