turklehceleri.org

qolqanad

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qol-qanad

is.
1. bax. qanad 1-ci mənada.
2. Şaxə, qol-budaq. Ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. • Qol-qanad atmaq – şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək. Budaqların böyüməsi, qol-qanad atması üçün mahir bir bağban əli lazım idi.. Ə.Vəliyev. ‣ Qol-qanad açmaq – 1) qanadlanmaq, uçmaq üçün qanadlarını açmaq; 2) məc. ruhlanmaq, daha da canlanmaq, fəaliyyət göstərmək. Məni hərgah qovsalar qaçaram; Uçmağa onda qol-qanad açaram. A.Səhhət. Ceyran müəllimə qol-qanad açıb, dərsini davam etdirdi. S.Rəhimov. Qol-qanad vermək – ruhlandırmaq, qüvvət vermək, daha da canlandırmaq. Yarıb fəzaları bir şimşək kimi; Qol-qanad verirsən qəhrəmanlara. S.Vurğun. Qol-qanadı açılmaq – ruhlanmaq, canlanmaq, inkişaf etmək, bədəni bərkişmək. [Hüseynqulu ağa:] Pəricahan, qızına yazığın gəlsin. Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın. S.S.Axundov. Qol-qanadı qırılmaq (sınmaq, yanına düşmək) – 1) köməksiz, adamsız qalmaq; 2) bütün qüvvəti, iqtidarı sarsılmaq, aciz bir hala düşmək, ruhdan düşmək. Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər. Qol-qanadını qırmaq (kəsmək, sındırmaq) – 1) birini köməksiz, kimsəsiz qoymaq. [Qasid:] Xeyr, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Ə.Haqverdiyev; 2) birini hərəkət və fəaliyyət qüvvəsindən məhrum etmək, aciz və iqtidarsız bir hala salmaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qol-qanad

şaxə, qol-budaq
{dal, kol budak}


Last searches: