qida
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qida
is. [ər.]
1. İnsan və heyvan orqanizminin və bitkilərin yaşaması üçün lazım olan bəsləyici maddələr, yeyilən və içilən şeylər. Qida maddələri. İnsanın qidası. Sağlamlıq üçün lazım olan şərtlərdən biri də qidanın düzgün və vaxtında qəbul olunmasıdır. // Yemək, xörək. • Qida verən – qidalandıran, bəsləyici. [Mürşüd:] Mən gedirəm işə, sən get evə. Bədənə qida verən şeylərdən bir qədər hazırla. S.Rəhman.
2. məc. Bir şeyi yaşatdıran, canlandıran, ruhlandıran, nəşə verən amil mənasında. Musiqi ruhun qidasıdır. Dünyada elə adamlar vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qida alırlar. M.S.Ordubadi. // məc. Bir şey üçün mənbə olan, material verən əsas mənasında. Xalq yaradıcılığından qida almaq. İnsanlarımızın fədakarlıq və qəhrəmanlığı öz qidasını Vətənimizin tarixindən alır. • Qida vermək – bir şeyin meydana gəlməsinə, yayılmasına şərait və imkan yaratmaq, kömək etmək. ‣ Qida borusu anat. – bağırsaqların ağız boşluğunu mədə ilə birləşdirən boruşəkilli hissəsi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qida
yemək
{yemek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qida
besin, gıda, yiyecek