qeyrət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qeyrət
is. [ər.]
1. Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma. Vətən qeyrəti. – Gəl, ana yurdumun qızı, gəlini! İndi hünər vaxtı, qeyrət dəmidir. S.Vurğun. [Cabbar:] Qeyrət! Varlı balasında qeyrət olmaz, pul olar, sərvət olar, qeyrət, namus olmaz. B.Talıblı. • Qeyrətinə toxunmaq – heysiyyətinə toxunmaq, təhqir etmək. Əslinə baxsan, bu gerilik şəxsən onun [Cəmilin] qeyrətinə də toxunurdu. M.Hüseyn.
2. Fövqəladə səy, cəhd; çalışma. Bu işi görmək üçün qeyrət lazımdır. – Başa gəlir elədiyin niyyətlər; Gər saf ilə doğru qeyrət eylərsən. M.V.Vidadi. Çünki bilir: rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.
3. Səbir, dözüm, mətanət; bir bəla və fəlakət qarşısında mərdcəsinə durma.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qeyrət
çaba, gayret