turklehceleri.org

qeyb

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qeyb

[ər.]
1. Hazır və göz önündə olmama; qaiblik. • Qeyb etmək – itirmək, əldən çıxarmaq. Hərgah siz buna razılıq versəniz, burada qeyb edə biləcəyiniz bu qiymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! M.S.Ordubadi. Qeyb olmaq – gözdən itmək, yox olmaq, aradan çıxmaq. Kəklik onun əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq. [Mirzə Valeh] abasını çiyninə atdı, ayaqqabılarını dəyişdirdi, pilləkən aşağı tırıqtırıqla düşüb, qaranlıq içində qeyb oldu. S.Rəhimov. Qeybə çəkilmək – bax. qeyb olmaq. Çox xırdalar bərk ayaqda qeybə çəkilir; Böyük dərdlə vuruşana böyük deyildi. M.Araz.
2. Dinə görə gözlə görünməz olan ruhi aləm; aləmi-qeyb. Böylə qaranlıq dama daş atmaq, ya qeybdən səadət ummaq, əcəba hansı divanənin xəyalından keçər! S.Hüseyn. // Məchul və naməlum şeylər, görünməz və bilinməz hal.


Last searches: