turklehceleri.org

qazmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qazmaq

I. f.
1. Hər hansı bir alət ilə torpağı qaldırıb yeri oymaq, oyuq açmaq, dərinləşdirmək, çuxurlaşdırmaq. Quyu qazmaq. Arx qazmaq. Xəndək qazmaq. Qəbir qazmaq. Ağacın dibini qazmaq. Səngər qazmaq. – Bakı şəhərində .. quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. A.Bakıxanov.
2. Polad qələm və s. ilə oymaq, həkk etmək, naxış açmaq. Mərmər üzərində şairin adını qazmaq. Mis üzərində naxışlar qazmaq.

II. is. Bişmişin, qazanın, qabın və s.-nin dibinə yapışıb bərkişmiş hissəsi, qazılıb çıxardılan ən sonuncu hissəsi. Aş qazmağı. Çörək qazmağı. – Plovun da ətri evi bürüyüb, [müsəlman] qazanın qazmağını zaratzarat ilə qopardırdı. C.Məmmədquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qazmaq

oymaq, eşmək
{oymak, eşmek}

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

qazmaq

Kazmak.


Last searches: