qazanmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qazanmaq
f.
1. İşləməklə, çalışmaqla əldə etmək. Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə. // Fayda götürmək, udmaq. Oyunu kim qazandı?
2. Qazanc əldə etmək, qazanc götürmək. [Səlimi:] Ağayi-Hikmət İsfahani, Tehranda oturmuşsunuz, ticarət kontorlarınız işləyir, .. yüz min tümənlərlə qazanırsınız. M.İbrahimov.
3. Ümumiyyətlə, əldə etmək, nail olmaq. Hörmət qazanmaq. Müvəffəqiyyət qazanmaq. – [Firidun] tez bir zamanda darülfünun tələbələri arasında özünə hörmət və məhəbbət qazanmışdı. M.İbrahimov. Tapdıq qazmaçılar arasında öz mehribançılığı ilə şöhrət qazanmış məşhur bir usta idi. M.Hüseyn. // Yiyələnmək, sahib olmaq. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşıq oldu bir qumral qıza. Ə.Cavad.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qazanmaq
I. udmaq, gətirmək
{yutmak, kazanmak}
II. yiyələnmək
{sahip olmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qazanmaq
haketmek, kazanmak
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
qazanmaq
Kazanmak. Awroy qazanmaq – Ün kazanmak. Ghelibe qazanmaq – Yenmek, galip olmak.