qayət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qayət
zərf [ər.] köhn. Çox, son dərəcə, nəhayət dərəcədə, olduqca. Qayət şərm ilə və ahəstə səs ilə ərz etdilər. M.F.Axundzadə. Əvvəl zaman kürreyi-ərzin qabığı qayət nazik olub. H.Zərdabi. Doğrudan da Aslan qayət qəyur, çalışqan bir uşaq idi. C.Cabbarlı. Tükəzban qayət hirsli olaraq içəri daxil oldu. Nədənsə ovqatı çox təlx idi. B.Talıblı.