turklehceleri.org

qarət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qarət

is. [ər.] Bir ölkəni, xalqı, camaatı soyma, var-yoxunu zorla əlindən alma; çapqın, çapovul, talan. Avarın qaniçən xanı Bayan, bulqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. A.Bakıxanov. Dəhşətli qarət davam edirdi. M.S.Ordubadi. • Qarət etmək – 1) zorla və ya başqa bir vasitə ilə birinin var-yoxunu əlindən almaq; talamaq, çapmaq, soymaq. Onlar başıpozuqdurlar. Ola bilər ki, sənin kimi dinc adamları da qarət etsinlər. M.S.Ordubadi. Qaçaqlar tökülüb yolçuları qarət etdilər. Mir Cəlal; 2) məc. şairanə təşbehlərdə. Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. X.Natəvan. Nə könül qoydu, nə can məndə, nə səbrü nə qərar; Etdi qarət məni, ol şahidi-yəğma kim idi? S.Ə.Şirvani. Mən aşıq qara tellər; Ağ üzdə qara tellər; Bir namərd bir namərdin; Ömrünü qarət eylər. (Bayatı).

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qarət

çapqın, çapovul, talan
{çapkın, çapulcu, soygun}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qarət

çapul, yağma


Last searches: