turklehceleri.org

qarşıdakı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qarşıdakı

sif.
1. Bir şeyin lap qabağındakı, önündəki; üzbəüzdəki; qabaq tərəfində olan, irəlidəki. Qarşıdakı bağda oturmaq. Qarşıdakı mağazadan çörək aldım. Yoldaşım qarşıdakı evdə yaşayır. – Qarşıdakı qonşunun kiçik pəncərəsindən çıxan xəfif bir işıq qaranlığın bir parçasını yırtdığından, burada uçuşan qar parçaları nəzərə çarpırdı. S.Hüseyn.
2. İrəlidəki, gözlənilən. Buğac isə .. cavan bir ovçu ehtirası ilə yalnız qarşıdakı ov barəsində həyəcanla düşünməkdə idi. M.Rzaquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qarşıdakı

qabaqdakı, öndəki, irəlidəki, üzbəüzdəki
{baştaki, öndeki, ilerdeki, yüzeydeki}


Last searches: