turklehceleri.org

qarışdırmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qarışdırmaq

f.
1. Bir şeyi başqa şeyə qatıb, bir-birindən ayrılmayacaq, yaxud çətin ayrılacaq hala salmaq. Una qənd qarışdırmaq. Çaxırı su ilə qarışdırmaq. Qumu əhənglə qarışdırmaq. // İki və ya çox şeyi bir-birinə qatıb birləşdirmək. ..Karvan oğlanları ocaq qalayır, yol torbalarındakı duz qarışdırılmış arpa unundan xəmir yoğurub dəyirmi kündələri ocaqların qızmar külünə basdırır, ala çiy bişmiş bu kündələri ağızlarını pörşələyərək isti-isti yeyir, .. orda-burda taya vurduqları yüklərin yanında yerə sərilib yatırdılar. Ə.Məmmədxanlı.
2. Bir şeyi çömçə, qaşıq və s. ilə dairəvi şəkildə çevirmək, bulamaq, qurdalamaq. Dovğanı qarışdırmaq. Südü qarışdır, daşmasın. Stəkanı qarışdırmaq (stəkandakı çayı qarışdıraraq içindəki şəkəri əritmək).
3. məc. Fitnə-fəsad salmaq, təfriqə salmaq, qarışıqlıq salmaq. [Hacı Səməd ağa:] ..O kitab yazanın heç biri nə bəydir, nə rəiyyət. Avara-avara adamlardır. Ancaq aralıq qarışdırırlar. Ə.Haqverdiyev. // məc. Pozmaq, xarab etmək. Əgər xəbər alsan molla Səfini; Oğru dürüst qarışdırıb kefini. Q.Zakir.
4. Qayda və səliqəni pozmaq, nizamsız bir hala salmaq, qarmaqarışıq etmək. Stolun üstündəki kağızları kim qarışdırıb? Uşaqlar bütün şeyləri qarışdırıblar.
5. Dolaşıq salmaq, qarışıq salmaq, səhvən bir-birinə oxşatmaq. İki qardaş bir-birinə o qədər oxşayır ki, adam qarışdırır. İki məfhumu bir-birinə qarışdırmaq.
6. Bir işin iştirakçısı etməyə çalışmaq. Xahiş edirəm, bu cəncəl işə məni qarışdırmayasınız.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qarışdırmaq

I. qurdalamaq, bulamaq, çevirmək
{kurcalamak, bulamak, çevirmek}

II. pozmaq
{bozmak}

III. oxşatmaq
{benzetmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qarışdırmaq

karıştırmak, karmak


Last searches: