qarınca
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qarınca
bax. qarışqa. Qarıncaların yuvasında iki cür qarınca olur: qanadlı və qanadsız. H.Zərdabi. Kəpənəklər uçuşur; Qarıncalar qaçışır; Azuqəsin toplayır. H.K.Sanılı. • Qarınca (yuvası) kimi qaynaşmaq (qaynamaq) – bax. qarışqa kimi qaynamaq (“qarışqa”da). Qarınca kimi qaynaşmaqda olan minlərcə adamları bir-bir gözdən keçirdi. A.Şaiq. [Nadir] yenə bu ailəyə [fəhlələrə] qoşuldu, onunla bitişdi və onun ayrılmaz bir hissəsi olaraq, qarınca yuvası kimi qaynayan mədənlərin arasında itib-batdı. B.Talıblı.