turklehceleri.org

qartal

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qartal

is.
1. Dağlıq və ya çöllük yerlərdə yaşayan əyri dimdikli yırtıcı və qüvvətli iri quş; qaraquş. Dağ qartalı. – Qartal öz gücünü duyar yuvada; Uçub cövlan edər sonra havada. S.Vurğun. Qartal qanad çalarkən buludsuz göy üzündə; Bir əsən yelə döndü atım Ceyran düzündə. Ə.Cəmil.
2. məc. tənt. Vüqarlı, cəsur, görkəmli adam haqqında. Hər beşik körpə aslan yuvasıdır, dəymə gəl; Qartallar yurdunun qapısını döymə gəl! S.Rüstəm.
3. məc. Obrazlı təşbehlərdə: təyyarə və təyyarəçilərə işarə. Sakit buludlarda süzəndə hilal; Döndü yuvasına bir dəstə qartal. M.Rahim. ‣ İkibaşlı qartal – bax. ikibaşlı. Unutmadıq ikibaşlı qartal çarı; Çəkdi bizi gah aşağı; gah yuxarı. M.Müşfiq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qartal

I. qaraquş
{karakuş(kartal)}

II. vüqarlı, cəsur, görkəmli
{vakarlı, cesur, gösterişli}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qartal

kartal


Last searches: