qaradinməz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qaradinməz
sif. Daima susan, laldinməz, danışmaz. Qaradinməz adam. – Təbiətən qaradinməz (z.) və qaşqabaqlı olan Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi. M.İbrahimov. Xəlil əslində qaradinməz adam idi. Mir Cəlal. Usta qaradinməz bir kişi idi, haraya isə tələsirdi. Ə.Sadıq. // İs. mənasında. Rəhim bəy dedi: – Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır.. Yoxsa mənim qızım kimi qaradinməzdən nə fayda? S.S.Axundov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qaradinməz
danışmaz, dinməz
{konuşmaz, söylemez}