qapanmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qapanmaq
f.
1. Bağlanmaq, kilidlənmək. Pəncərələrin hamısı qapanmışdır. – Qapılar örtülüb qapanmışdır. A.Səhhət.
2. Örtülmək (açıq şey haqqında). Elə bil düşdüyü bəlanı qanır; Yenidən gözləri yenə qapanır. A.Səhhət.
3. Buludla örtülmək, tutulmaq, çulğalanmaq. Hava soyudu, göyün hər tərəfi qapandı.
4. Tıxanmaq, kip bağlanmaq, tutulmaq. Şüşənin ağzı qapanmışdır. Qapı-pəncərə yaman qapanmışdır, nəfəs almaq olmur.
5. Ucları, kənarları, son nöqtələri birləşdirilmək (məftilin, zəncirin və s.-nin).
6. Bitirilmək, dayandırılmaq, bağlanmaq. İclas axşam saat 10-da qapandı.
7. Rəsmən ləğv edilmək, qadağan edilmək; işləməsinə, fəaliyyətinə, çıxmasına icazə verilməmək, bağlanmaq. Bəşir cənabları elə bilir ki, Balaxanıdakı qız məktəbi qapandı, amma qeyri şəhərlərdə neçə-neçə qız məktəbləri var. C.Məmmədquluzadə. Bu fitva çıxandan bir neçə gün sonra [Təbrizdə] kinoteatrların bir neçəsi qapandı. M.S.Ordubadi.
8. Bayıra çıxmamaq, içəridə oturub qalmaq. Otaqların kirayəsini və əmək xərcini axşamdan verib otağımıza qapandıq. M.S.Ordubadi. Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib evdə qapandılar. Çəmənzəminli. Axşamları quşlar və böcəklər ilə bərabər insanlar da daxmalarına qapanır, qəsəbəni dərin bir sükut bürüyürdü. H.Nəzərli. // Sıxınmaq. [Durna] da bu balaca qulan kimi anasının səsini eşidəndə qaçıb dizlərinə qapanardı. İ.Əfəndiyev.
9. Yıxılmaq. Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn.
10. Haqq-hesab kəsilmək, tamamlanmaq, ləğv edilmək. Keçənilki mühasibat dəftərləri qapandı.