qansız
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qansız
1. sif. Qanı az olan, zəif, cansız. // Qanı qaçmış, rəngi qaçmış, solğun. Qansız dodaqları tərpəndisə də, səs gəlmədi. Çəmənzəminli.
2. zərf Qan tökülmədən, qurban verilmədən. [Zeynəb:] Azadlıq qansız və qurbansız qazanılmaz. M.S.Ordubadi.
3. məc. Rəhmsiz, mərhəmətsiz, insafsız, mürüvvətsiz, amansız, qəddar. Nə qansız adamsan, a kişi! Mir Cəlal. // Qeyrətsiz, şərəfsiz, vicdansız. [Salman:] Bizi, öz yoldaşlarını, lap açığı, öz qardaşını təhlükədə qoyub qaçar qədər qansız zənn edirsən? C.Cabbarlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qansız
I. solgun
{solgun}
II. rəhimsiz, mərhəmətsiz, insafsız, mürüvvətsiz, amansız, qəddar
{acımasız, merhametsiz, insafsız, zalim, vicdansız, gaddar}
III. qeyrətsiz, şərəfsiz, vicdansız
{onursuz, şerefsiz, vicdansız}