qamaşdırmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qamaşdırmaq
f.
1. Dişləri kəsməz və uyuşmuş bir hala salmaq (turş şey haqqında). Göyəm (alça) dişlərimi qamaşdırdı.
2. Gözləri görməz bir hala salmaq (güclü işıq, parıltı və s. təsiri ilə). İşıq gözlərimi qamaşdırdı. Qar gözlərimi qamaşdırır. – [Hacı Murad:] Adamların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. Yaz günəşinin işıqları Rəşidin qara iri gözlərini qamaşdırdı. M.İbrahimov.