qalın
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qalın
sif.
1. Kütləsi köndələn vəziyyətdə çox yer tutan, yoğun (nazik müqabili). Qalın kitab. Qalın divar. Qalın döşək. Qalın gön.
2. Bir-birinə çox yaxın ağaclardan, kollardan ibarət olan; sıx. Gün çıxıb, dağ başından uçdu duman; Qaralırdı qalın, qara orman. A.Səhhət. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir. N.Nərimanov. Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca havanı xoş bir ətirlə doldururdu. M.İbrahimov. // Kəsif, qəliz, qeyri-şəffaf. [Müəllim] lampasını keçirmişdi; otaq qalın bir qaranlığa büründüyündən nə yapdığını seçə bilmirdi. S.Hüseyn.
3. məc. dan. Kobud, qaba.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qalın
I. yoğun
{yoğun}
II. sıx
{sık}
III. kəsif, qəliz
{yoğun, şiddetli}
IV. kobud, qaba
{nezaketsiz, kaba}
V. pullu, dövlətli
{paralı, zengin}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qalın
kalın