qaldırmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
qaldırmaq
f.
1. Əyilərək yerdən götürmək, qalxızmaq. Kitabı qaldırmaq. Daşı qaldırmaq. Yerə düşmüş yaylığı qaldırmaq. Uşağı yerdən qaldır. // Aşağıdan yuxarıya çıxartmaq, yuxarıya aparmaq (dalında, çiynində, əlində, yaxud qaldırıcı maşın və s. vasitəsilə). Şeyləri üçüncü mərtəbəyə qaldırmaq. Lift bizi yeddinci mərtəbəyə qaldırdı. // Dikəltmək. Bayrağı qaldırmaq. – Musa birdən başını yuxarı qaldırdı. M.Hüseyn.
2. Bir şeyə daha yuxarı, daha yüksək vəziyyət, ya səviyyə vermək. Pərdəni qaldırmaq. Ayağını qaldırmaq. Əlini qaldırmaq. Divarı yarım metr qaldırmaq. Suyun səviyyəsini qaldırmaq. – Sarxan əlindəki fənəri yuxarı qaldırdı. M.Hüseyn. Adamlar yaxalarını bərk-bərk bağlayıb, boyunluqlarını qaldırır. Mir Cəlal. // Yüksəltmək, ucaltmaq. Qırmızı günəşdən ağ evlər tikən; Dünyanı yüksəldib qaldıranıq biz. H.K.Sanılı. // məc. Hörmətə mindirmək, ucaltmaq, daha hörmətli etmək. Bu gözəl hərəkəti onu camaatın gözündə daha da qaldırdı.
3. Yükləyib daşımaq, götürmək, aparmaq. Tayları anbardan mağazaya qaldırdılar. Meyiti bu gün qaldıracaqlar.
4. Ayaqlandırmaq, həyəcanlandırmaq, üzə durğuzmaq, təhrik etmək, sövq etmək. Qardaşı Nəbi bizim başımıza oyun gətirdi. Tuturuq, qazamatdan qaçır, camaatı bəylərin və hökumətin üzünə qaldırır. “Qaçaq Nəbi”.
5. Yük götürə bilmək. O qədər yükü bu heyvan qaldıra bilməz.
6. Yox etmək, ortadan götürmək, bərtərəf etmək. Maneələri qaldırmaq. Aradakı səddi qaldırmaq.
7. Sağaltmaq, yataqdan durğuzmaq. Həkim beş gündə məni yataqdan qaldırdı.
8. Bir sıra isimlərin yanına gətirilərək, ismin ifadə etdiyi mənada mürəkkəb feillər və ifadələr düzəldilir; məs.: üsyan qaldırmaq, məsələ qaldırmaq, şivən qaldırmaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
qaldırmaq
I. qalxızmaq, dikəltmək
{kaldırmak, yükseltmek}
II. yüksəltmək, ucaltmaq
{yükseltmek, yüceltmek}
III. sağaltmaq, durquzmaq
{sağaltmak, uyandırmak(uykudan)}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
qaldırmaq
kaldırmak, kalkındırmak
Last searches:
- xabarnoma,
- hemra,
- bilezük,
- konglomerat,
- yahu,
- temptation,
- Mors,
- taýaklaşmak,
- premyera,
- Yşk,
- litrlab,
- yığnaq,
- susuş,
- ışkın,
- KOŞU,
- sünggütmek,
- boychechak,
- vagabond,
- Ermiş,
- chapimoq,
- kaykı,
- qaldırmaq